Moskva prospektində yol infrastrukturunun genişləndirilməsi ilə əlaqədar ərazidən keçən magistral su xəttinin yeri dəyişdirilib.
“Azərsu” dan Lent. az-a verilən məlumata görə, hazırda magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.
Bununla əlaqədar bu gün ərzində paytaxtın Nəsimi və Yasamal rayonlarının bir hissəsinə içməli su fasilələrlə veriləcək. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.