Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 7 İyul
07 iyul 2015 20:20 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 7 İyul

GÜNÜN ŞƏRHİ


Bu ilin yazından başlayan proses davam edir. Vyanadan isə bu gün də səs çıxmadı. Amma pozitiv açıqlamalar inamsızlığı artıq kölgədə qoyub deyə bilərik.

 

İranın razılaşmadan əvvəl ölkə ərazisinə beynəlxalq müşahidəçiləri buraxacağına icazə verməsi Tehranın bu razılaşmanın tezləşdirilməsinə daha həvəsli olduğunu göstərir. Planlaşdırılan razılığa əsasən, İranın uranın zənginləşdirilməsi üzrə proqramlarının üçdə ikisi 10 il ərzində dayandırılacaq. Tehran öz sentrifuqalarının sayını 19 mindən 6 minə qədər ixtisar edəcək. İranın zənginləşdirilmiş uran ehtiyatlarının böyük hissəsi ya əvvəlki xammal halına qaytarılacaq, ya da ölkədən çıxarılacaq. İran 10 il ərzində öz nüvə obyektlərinin üçdə ikisini beynəlxalq nəzarətə verməyə də razılaşıb.

 

Bunun əvəzində Qərb İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyə söz verib. Təbii ki, razılaşmanın rəsmi şəkildə imzalanaraq qüvvəyə minməsindən sonra. İranın son addımını xoş niyyət göstəricisi kimi qiymətləndirmək olar. Bununla Tehran Qərblə razılığın əldə olunmasında maraqlı olduğunu qarşı tərəfə nümayiş etdirir...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 187
avatar

Oxşar yazılar