Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 3 İyul
03 iyul 2015 19:50 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 3 İyul

 
GÜNÜN ŞƏRHİ
 
Taliban və “Əl-Qaida” Əfqanıstanda hakimiyyəti ələ keçirmişdi, beynəlxalq ictimaiyyət qorxu içində idi. Qərb mediası hər gün Əfqanıstanda unikal Budda heykəllərinin terrorçular tərəfindən məhv edilməsi ilə bağlı kadrlar paylaşır, terrorçuları haqlı olaraq barbar qismində təqdim edir və dolayı yolla ictimai rəyi Taliban və “Əl-Qaida”ya qarşı hərbi əməliyyatlara hazırlayırdı. O zaman Qərb təbliğat maşınının uğurla istifadə etdiyi bir tezis vardı – maddi-mədəni irs konkret ölkəyə deyil, bütün bəşəriyyətə məxsusdur, bu irsə təcavüz insanlığa, tarixə təcavüz deməkdir. Üslub özünü doğrultdu, hər kəs terrorçuların barbar olduğunu qəbul etdi və Əfqanıstanda müharibənin başlamasını məqbul saydı. Məsələ Qərbin, yaxud əfqan xalqının haqlı olmasında deyil, məsələ medianın ABŞ-ın maraqları üçün rəy formalaşdırmaqda tarixi abidələrin məhvi faktından uğurla istifadə edə bilməsidir. Tarixin hər hansı formada məhvi bəşəriyyətin zəif damarıdır, bu damara basanda möhkəm ağrı verir. Tarix bu gün təkrarlanır, amma Əfqanıstanla müqayisədə bir neçə fərqli məqam var. Bu dəfə İŞİD bütün bəşəriyyətə məxsus olan Palmira antik şəhərini yerlə yeksan edir, illər öncə dağıdılan Budda heykəlləri üçün ağlaşma quran Qərb mediası bu dəfə cınqırını belə çıxarmır. İllər öncə Budda heykəllərinin dağıdılması kadrlarını tirajlayan Qərb mediası idi, indi Palmiranın məhvi kadrlarını tirajlayan terrorçular özüdür. İllər öncə Qərb siyasiləri terrorçular məhv edilməsə, Yaxın Şərqin tarixi məhv olacaq deyə bağırırdılar, indi isə tarixi məhv edən İŞİD-in yer üzündən silinməsi üçün beşillik, onillik planlardan dəm vururlar. Əslində təəccüblü heç nə yoxdur, çünki illər öncə Qərbə Əfqanıstanda müharibəyə başlamaq üçün səbəb lazım idi, indi isə Qərbə İraq və Suriyada müharibəyə başlamaq lazım deyil. Gerçəklik budur - bunun adı siyasətdir, yüz minlərlə insan kimi, tarixi də məhv edən Qərb siyasəti... 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161
avatar

Oxşar yazılar