GÜNÜN ŞƏRHİ
ABŞ-da prezident seçkilərində mübarizə aparacaq namizədlər demək olar ki, məlumdur. Son dəqiqədə ciddi bir hadisə baş verməsə, demokratlar seçkilərə Hillari Klintonla, respublikaçılar isə Donald Trampla getməyə qərarlıdır. Trampla bağlı proqnozlar özünü doğrultmadı, respublikaçı elektorat milyarder namizədi sonadək dəstəkləməkdə israrlıdır. Bunun səbəbi təkcə Trampın avantürist, populizm dolu çıxışlarında deyil, səbəb həm də demokratların namizədinin qadın olmasındadır. Amerika cəmiyyəti, daha doğrusu respublikaçı camiə ölkənin ən ali kürsüsünü qadının ixtiyarına verməkdə tərəddüd edir. Bu tərəddüd Donald Trampın lehinə işləyir və o namizədlik pillələrini iki-iki sıçrayır. Bu seçkilər təkcə prezidentliyə qadın namizədin irəli sürülməsi ilə yadda qalmayacaq, seçkilər həm də ölkənin üzərində dayandığı bazisdə sarsıntılar yaratması ilə fərqlənə bilər. Ölkənin maliyyə sektoru və hərbi elita respublikaçıların namizədinin qəti əleyhinədir. ABŞ tarixində ilk dəfə olaraq bu iki önəmli sektor hətta prezident seçilsə belə, Trampın legitimliyini qəbul etməyəcəklərini açıqlayıblar. Təbii ki, milyarderin namizədliyinin ləğv edilməsi üçün konkret prosedur yoxdur, bu səbəbdən maliyyəçilər və hərbi-sənaye kompleksi Trampın Ağ Ev gəlişini əngəlləmək üçün Hillari Klintona ciddi maliyyə dəstəyi verə bilərlər. Maliyyə isə ABŞ-da istənilən seçkilərdə nəticələrə təsir edən iki mühüm amildən biridir.
Vüqar MƏSİMOĞLU

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 2 Mart
Oxşar yazılar

5 iyul 2025-ci il Qiyamət günü: "Yeni Vanqa"nın proqnozu bütün dünyada çaxnaşma yaradıb
5 iyul 2025 , 00:02
Bu gün Aşuradır
5 iyul 2025 , 00:01
"Bakıkart" terminalına qəpik daxil etmək olmur - Vətəndaşlar narazılıq etdi
4 iyul 2025 , 20:15
Bu 4 tarixdə doğulan insanlar yalnız qocalanda şans tapacaqlar
4 iyul 2025 , 19:46
Təzə pomidorları soyuducuda saxlamayın: ən yaxşı yer haradır?
4 iyul 2025 , 19:20
Azərbaycanda dəhşətli istilər gözlənilir - RƏSMİ
4 iyul 2025 , 18:28
İyulda şəxsi həyatlarında köklü dəyişikliklər olacaq BÜRCLƏR
4 iyul 2025 , 18:26