Nərgiz Yaqublu dəfn edilir
25 aprel 2015 14:11 (UTC +04:00)

Nərgiz Yaqublu dəfn edilir

0

İki gün öncə Rusiyanın Tomsk şəhərində müalicə olunduğu xəstəxanada ağır xəstəlik üzündən vaxtsız vəfat etmiş, Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublunun bu gün dəfn mərasimi keçirilir.

Lent.az-ın "Yeni Müsavat"-a istinadən məlumatına görə, Nərgiz Yaqublunu son mənzilə müşayiət edən izdiham Tofiq Yaqublunun Qaraçuxur qəsəbəsindəki evindən qəbristanlığa yola düşüb.

Dəfn mərasimində yüzlərlə insan iştirak edir. Onların arasında milli-azadlıq hərəkatının liderləri, iştirakçıları, tanınmış simalar da var. Mərhum Nərgizin dostları, gənclər təşkilatlarındakı yoldaşları onun üçün transparant hazırlayıblar: "Sən bizim solmayan gülümüz, NƏRGİZİMİZSƏN".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar