Nəqliyyat Nazirliyi sürücülərə qarşı sərt tədbirlərə başladı
19 dekabr 2013 17:45 (UTC +04:00)

Nəqliyyat Nazirliyi sürücülərə qarşı sərt tədbirlərə başladı

Bu gündən etibarən Nəqliyyat Nazirliyinin evakuatorları Bakının müxtəlif hissələrində avtomobillərin evakuasiyasına başlayıb. Bakı Sərnişin Nəqliyyatı MMC-dən Lent.az-a verilən məlumata görə, gün ərzində avtobus dayanacaqlarında olan onlarla avtomobil, eləcə də sərnişindaşıma qaydalarını pozmuş xeyli avtobus cərimələnib. Onlarla avtomobil evakuatorlar vasitəsi ilə Nəqliyyat Nazirliyinin cərimə meydançasına aparılıb.

 

MMC-dən Lent.az-a bildirilib ki, tədbirlər bundan sonra da davam etdiriləcək. Məqsəd sərnişindaşımanın keyfiyyətini qaldırmaq, şəxsi avtomobillərin dayanacaqlarda və təyin edilmiş məsafədə saxlanmasının qarşısını almaqdır.

 

Qeyd edək ki, bu günədək Bakıda avtomobilləri yalnız yol polisi apara bilərdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5587
avatar

Nizam Rza

Oxşar yazılar