Nəqliyyat müfəttişləri ilə yol polisi reyddə - REPORTAJ
07 noyabr 2013 23:13 (UTC +04:00)

Nəqliyyat müfəttişləri ilə yol polisi reyddə - REPORTAJ

Nəqliyyat Nazirliyi ilə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin paytaxtda birgə reyd keçirib. Arxa-arxaya avtomobili idarə edən sürücüdən tutmuş, yolun ortasından dönüb geri qayıdanlara kimi istənilən formada maşın idarə edənə rast gəlindi. Nəqliyyat Nazirliyi əməkdaşlarının təşkil etdikləri reydin əsas məqsədi kateqoriyası, yol-icazə vərəqəsi və sağlamlıq haqqında arayışı olmayan sürücülərin aşkarlanıb müəyyən olunması idi. APA TV-nin xəbərinə görə, yol polisi isə sürücülük vəsiqəsi olmadan avtomobil idarə edənlərin şikarına çıxmışdı. İlk reyd “Koroğlu” metro stansiyasının yaxınlığında baş tutdu.

 

Sənədləri qaydasında olan sürücülər də tapıldı.

Uniformasını salonda başqa bir göynəyin üstündən geyinib aşağı düşən də.

Kustar usulla yazılmış lövhələr isə avtobuslardan cıxarılırdı.

Sürücülərin bəziləri isə bu ittihamla razılaşmırdılar. Onların sözlərinə görə, elektron lövhələr çox vaxt işləmədiyindən bu üsula əl atmalı olurlar.

 

Digər bir avtobus sürücüsü isə mobil telefonla danışdığı üçün salondan düşürüldü. Sonra məlum oldu ki, onun sürücülük vəsiqəsi Rusiya Federasiyası ərazisində avtomobil idarəetməyə imkan verir. Yol polisi və Nəqliyyat Nazirliyinin işçiləri bu vəsiqənin qüvvədən düşdüyünü anlatmağa çalışsalar da, vətəndaş 2018-ci ilə kimi bu vəsiqədən istifadə etmək hüququnun olduğunu söylədi.

Bir xeyli keçdikdən sonra “Kənan M” şirkətinin rəhbəri gəldi. 35 nömrəli xətt üzrə hərəkət edən marşrutun sahibi Əbülfət Bayramov sürücüsünün dediyi fikirləri əsassız və qərəzli adlandırdı.

 

Reyd zamanı qanunsuz fəaliyyət göstərən 5 taksi də cərimə meydançasına aparıldı. Bu taksi sürücüsü isə əməkdaşların ona qarşı qərəzli mövqe tutduqlarını söylədi.

Ümumilikdə reyd zamanı 4 avtobus sürücüsünə inzibati qaydada protokol tətbiq olundu, daha 4 sürücünün idarə etdiyi maşın isə dayanacağa aparıldı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1479
avatar

Oxşar yazılar