Martın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Gürcüstanın müvafiq dövlət orqanı ilə birgə «Azərbaycanda və Gürcüstanda əlilliyi olan şəxslərin problemlərinin həlli yolları» mövzusunda telekonfrans keçirilib. Bu barədə Lent. az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Telekonfransda hər iki ölkənin vətəndaş cəmiyyətlərinin, əlil ictimai birliklərinin təmsilçiləri də iştirak edib.
Telekonfransda nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin sektor müdiri İsgəndər Mustafayev Azərbaycanda əlilliyi olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti barədə məlumat verib və bu sahədə təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.
Layihənin məqsədi ölkələrarası təcrübə mübadiləsinə dəstək verilməsi, o cümlədən, Gürcüstan, Rusiya, Ukrayna və Belarus arasında müvafiq mövzuda telekonfransların təşkilidir.