Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakı ofisi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə Bakıda SYSLAB Mərkəzi yaradıb. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Mərkəzin yaradılmasında məqsəd gənclərin iş axtarmaq və iş qurmaq bacarıqlarının inkişafı ilə bağlı təlimlərin təşkil olunması və yüksək ixtisaslı kadrlara iş axtarmaqda köməklik göstərməkdir.
Mərkəzin start verdiyi ilk kursa 40 nəfər qatılıb. Buradakı 4 aylıq kurs müddətində işsizlər və iş axtaranların, bacarıqların artırılması yolu ilə əmək bazarına çıxışı asanlaşdırılması nəzərdə tutulur.
Xatırladaq ki, layihə, ölkədə Məşğulluğa dair Milli Strategiyanın həyata keçirilməsini təmin edir.