Nazirlik vətəndaşların 50 min müraciətinə baxıb
02 iyul 2015 10:35 (UTC +04:00)

Nazirlik vətəndaşların 50 min müraciətinə baxıb

 

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "142-Çağrı mərkəzi"nə vətəndaşlar tərəfindən 50760 müraciət daxil olub.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, bunların 21012-i (41,4%) sosial təminat, 12697-i (25,1%) əmək qanunvericiliyi, 7353-ü (14,5%) nazirliyin elektron xidmətlərindən istifadə, 5469-u (10,7%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 4229-u (8,3%)  isə  məşğulluğun təminatı  məsələləri ilə əlaqədar olub. Daxil olan müraciətlərin 47171-də (92,9%) qeyd olunan sahələrlə bağlı vətəndaşların sorğuları ifadə olunub. Həmin müraciətlərin hər biri ilə əlaqədar vətəndaşlara ƏƏSMN-nin mütəxəssisləri tərəfindən aydın şəkildə hüquqi izahatlar verilib. Qalan 3589-da (7,7%) əmək və sosial təminat hüquqlarının araşdırılaraq müəyyən edilməsi  məsələləri, müvafiq fəaliyyət sahələrinə dair təklif və şikayətlər  əksini tapıb və onlar araşdırılaraq tədbir görülməsi üçün müraciət vərəqəsi tərtib olunmaqla aidiyyəti struktur bölmələrinə göndərilib.

 

142-“Çağrı mərkəzi” tərəfindən həftənin bütün iş günləri saat 9.00-dan 18.00-dək vətəndaşların müraciətləri cavablandırılır. Vətəndaşlar 142 nömrəsinə zəng etdikdə sosial təminat məsələləri üzrə -1, əlilliyin müəyyən edilməsi və reabilitasiya məsələləri üzrə-2, məşğulluq məsələləri üzrə -3, əmək qanunvericiliyinə dair məsələlər üzrə -4, ƏƏSMN-nin elektron xidmətlərindən istifadə ilə bağlı izahat almaq üçün- 5 düyməsini basmalı olduğu avtomatik şəkildə onların diqqətinə çatdırılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 233
avatar

Oxşar yazılar