Təhsil Nazirliyi nazirliyin aparat rəhbəri Ceyhun Bayramovun təhsil nazirinin müavini vəzifəsinə təyin olunması barədə bəzi KİV-in yaydığı məlumatlara münasibət bildirib.
Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda xəbərlər təkzib edilib.
Qeyd olunub ki, Ceyhun Bayramov Təhsil Nazirliyində Aparatın rəhbəri vəzifəsində çalışır.