<b>Nazirlik Bakıda ağacların məhv edilməsi ilə bağlı hərəkətə keçdi</b>
24 iyul 2018 17:41 (UTC +04:00)

Nazirlik Bakıda ağacların məhv edilməsi ilə bağlı hərəkətə keçdi

0

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Yasamal rayonu Şərifzadə küçəsi 130A ünvanında mənşəyi məlum olmayan maddə ilə qəsdən qurudulmasına cəhd göstərilən yaşıllıq sahəsi himayəyə götürülüb. Qurumdan Lent.az-a verilən məlumata görə, nazirlik tərəfindən yaşıllıq sahəsinə münbit torpaq və gübrə gətirilib, 21 ağacın qurumasının qarşısının alınması üçün ağaclara aqrotexniki qulluq göstərilib.

 

Xatırladaq ki, 23 iyul 2018-ci il tarixində Yasamal rayonu, Şərifzadə küçəsi 130A ünvanındakı yaşıllıq ərazidə ağacların dibinə mənşəyi məlum olmayan maddə tökülüb. Bununla bağlı Nazirliyin əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 488

Oxşar yazılar