12 illik təhsillə bağlı <span style="color:red;">YENİ XƏBƏR
01 mart 2016 12:17 (UTC +04:00)

12 illik təhsillə bağlı YENİ XƏBƏR

 

Hazırda 12 illik ümumi təhsilin müvafiq təhsil səviyyələri üzrə model layihələr müzakirə olunur.

 

Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkə prezidenti İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda 12 illik ümumi təhsil sisteminin yaradılması ümumi təhsil sahəsində strateji hədəflərdən biri kimi qeyd edilib.  Belə ki, hazırda 12 illik ümumi təhsilin müvafiq təhsil səviyyələri üzrə model layihələr müzakirə olunur.

 

Bununla əlaqədar “Azərbaycanda 12 illik ümumi təhsilə keçidlə bağlı ümumi təhsilin səviyyələri üzrə 12 illik təhsilin strukturu, hər bir səviyyə üzrə tədris ediləcək fənlər və 12 illik təhsilə keçid vaxtı” mövzusunda zona müşavirələrinin, rəy sorğularının təşkili nəzərdə tutulur. Eyni zamanda nazirliyin əməkdaşları, təhsil ekspertləri, qabaqcıl təhsil işçiləri və valideynlərin iştirakı ilə televiziya və radio verilişləri də hazırlanacaq. 

 

Nazirlikdən bildirilib ki, bütün bu tədbirlərdən sonra yekun müzakirələr təşkil olunaraq müvafiq qərar qəbul ediləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514

Oxşar yazılar