Nazirlər Kabineti dəyişiklik etdi
05 iyul 2015 06:18 (UTC +04:00)

Nazirlər Kabineti dəyişiklik etdi

Nazirlər Kabineti  “Tibbi sığorta müqaviləsinin forması və bağlanma Qaydası”nda dəyişikliklər edib.

 

APA-nın məlumatına görə, qüvvədə olan Qaydaya əsasən müqavilənin bağlanması üçün sığortalı müvafiq tibbi sığorta təşkilatına ərizə ilə müraciət etməlidir və ərizədə hüquqi şəxslər üçün hüquqi şəxsin adı, hüquqi ünvanı, onun bank rekvizitləri və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), fiziki şəxslər üçün sığortalının ünvanı, soyadı, adı, atasının adı, telefonu, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün isə həmçinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), soyadı, adı, atasının adı, doğulduğu yer, cinsi, daimi yaşayış yeri, iş yeri və icra edilən işin xüsusiyyəti göstərilməklə sığorta olunan vətəndaşların siyahısı, sığorta haqqının məbləğini müəyyən etmək üçün əhəmiyyətli olan başqa məlumatlar (sağlamlıq göstəriciləri haqqında və s.) və könüllü tibbi sığorta müqaviləsi üçün əlavə olaraq sığorta tibbi xidmətlərinin siyahısı və sığorta təminatının şərtləri öz əksini tapmalıdır.

 

Dəyişiklik isə tibbi sığorta təşkilatları ilə bağlı tələbi müəyyənləşdirir. Dəyişikliyə əsasən tibbi sığorta təşkilatı icbari tibbi sığorta üzrə müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan sığortalıyla icbari tibbi sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Eyni zamanda tibbi sığorta təşkilatı  könüllü tibbi sığorta müqaviləsi bağlamağın mümkün olması barədə beş iş günü ərzində qərar qəbul etməli və bu barədə sığorta edənin ərizəsində müvafiq qeyd aparmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 275
avatar

Oxşar yazılar