Nazir sakinlərlə görüşdü
17 may 2013 14:53 (UTC +04:00)

Nazir sakinlərlə görüşdü

Mayın 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov  Qaxda vətəndaşları qəbul edib. Bu barədə Lent. az-a nazirlikdən məlumat verilib.

Qəbul zamanı bölgədə yerləşən rayonların (Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ, Oğuz, İsmayıllı) 80 nəfərə yaxın sakinin  müraciətləri dinlənilib, bu müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə araşdırılıb. Bir  çox məsələlər elə yerindəcə həllini tapıb.

Həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özünədəstək» proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələr də müəyyən olunaraq, onların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 728

Oxşar yazılar