Məktəb və bağçalar "donuz qripi"nə görə dezinfeksiya olunacaq - <span style="color:red;">ƏMR
25 yanvar 2016 12:30 (UTC +04:00)

Məktəb və bağçalar "donuz qripi"nə görə dezinfeksiya olunacaq - ƏMR

 

 

 

Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov "donuz qripi" ilə əlaqədar əmr imzalayıb. Bu barədə Lent.az-a Respublika Taun Əleyhinə Stansiyasının şöbə müdiri Rita İsmayılova bildirib.

 

Onun sözlərinə görə, yanvarın 19-da imzalanan əmrə əsasən, ölkədəki bütün məktəbəqədər və ümumtəhsil müəssisələrində ciddi dezinfeksiya işlərinin aparılması ilə bağlı tapşırıqlar verilib.

 

Hazırda ölkə ərazisində “donuz qripi” A( H1N1) virusu ilə bağlı təhlükəli hala rast gəlinmədiyini qeyd edən şöbə müdiri bildirib ki, əmrdə uşaqlar arasında  həkim yoxlamalarının aparılması, xəstə uşaqların sağlam uşaqlardan təcrid olunması ilə bağlı göstərişlər verilib.

 

R. İsmayılovanın sözlərinə görə, əmrə əsasən, “donuz qripi”  ilə bağlı Gigiyena və Epidemiologiya mərkəzləri ciddi nəzarət tədbirləri həyata keçirəcəklər. Bütün yoluxucu şöbə, poliklinikaların A( H1N1) virus əleyhinə dərman vasitələri və maskalara təchiz edilməsi, o cümlədən Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasının əlavə testlərlə təmin edilməsi ilə bağlı da göstəriş verilib.

Nazir müavini təcili yardım mərkəzlərinə xüsusi tapşırıq verib ki, rayonlarda “ donuz qripi” ilə bağlı təhlükə aşkarlanan və ağır vəziyyətdə olan xəstələr dərhal Bakıda xüsusi ayrılmış xəstəxanalarda qospitalizə edilsin.  

R.İsmayılova qeyd edib ki, tapşırıqlara əsasən, ağır vəziyyətdə olanlar Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna gətiriləcək.  Digər xəstələr isə Kliniki Tibbi Mərkəz və 7 nömrəli Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasına yerləşdiriləcək.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 341
avatar

Fərizə Əhmədova

Oxşar yazılar