“Ali təhsil müəssisələrinin birləşdirilməsi prosesinin davam etdirilməsi istisna deyil”.
Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirinin müavini Ceyhun Bayramov jurnalistlərin universitetlərin birləşdirilməsi ilə bağlı sualını cavablandırarkən deyib.
C. Bayramov onu da xatırladıb ki, bu proses çərçivəsində ötən il Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji universitetinə birləşdirilib. Həmçinin Müəllimlər İnstitutunun bir neçə filialı bağlanıb. Mingəçevir Müəllimlər İnstitutu ilə Mingəçevir Politexnik İnstitutu Mingəçevir Dövlət Universiteti adı altında birləşdirilib.