Nazir Əli Abbasov vətəndaşları qəbul edəcək
28 mart 2013 13:35 (UTC +04:00)

Nazir Əli Abbasov vətəndaşları qəbul edəcək

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun aprel ayının 19-da Gəncə iqtisadi rayonu üzrə (Gəncə, Tovuz, Qazax, Ağstafa, Samux,  Göygöl, Daşkəsən, Şəmkir, Goranboy) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə  bağlı vətəndaşların qəbulu planlaşdırılır.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 saylı «Qaynar xətt», 598-38-18  nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

 

Gəncə Telekommunikasiya Qovşağında keçiriləcək qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1021
avatar

Oxşar yazılar