Nazir: “Zəlzələ zonasında 26 məktəb istifadəyə verilib”
16 aprel 2013 18:32 (UTC +04:00)

Nazir: “Zəlzələ zonasında 26 məktəb istifadəyə verilib”

“Aprelin 15-nə qədər Azərbaycanın zəlzələ baş vermiş 3 rayonunda Qax, Balakən və Zaqatalada 3245 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb”.


APA-nın xəbərinə görə, bunu Zaqatalada fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib. Nazirin sözlərinə görə, təhvil verilən evlərdən 292-si Qax, 203-ü Balakəndə, 2750-si Zaqataladadır.

 

K. Heydərov hazırda 1847 qəzalı evin tikintisinin davam etdirildiyini də açıqlayıb.

 

Nazir bu gün istifadəyə verilən məktəblərlə birlikdə 26 məktəb binasının və 1 uşaq bağçasının istifadəyə verildiyini də qeyd edib.

 

K. Heydərov deyib ki, qısa müddətdə Zaqatalada daha 8, Qaxda 1, Şəki şəhərində də 1 məktəb binasının tikilib istifadəyə veriləcək.

 

Nazir onu da bildirib ki, indiyə qədər əhaliyə 17 milyon 734 min manat yardım paylanılıb, bu vəsait əhaliyə poçt vasitəsilə ödənilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 471
avatar

Oxşar yazılar