Nazir: “Son bir ildə 1382 hektar ərazidə zeytunluq salınıb”
20 sentyabr 2013 14:24 (UTC +04:00)

Nazir: “Son bir ildə 1382 hektar ərazidə zeytunluq salınıb”

“Dəniz suyunun duzsuzlaşdırlması zavodu pilot layihədir. Zavod iqtisadi baxımdan ona qoyulan xərcləri ödəmək iqtidarındadır”. Lent.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Salyanın Xıdırlı kəndi ərazisində dünya standartlarına cavab verən dəniz suyunu duzsuzlaşdıran ilk böyük həcmli zavodun istismara hazırlığı ilə bağlı vəziyyəti öyrənmək üçün etdiyi səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.

 

Nazirin sözlərinə görə, Azərbaycanda 1350 hektar ərazidə yaşıllaşdırma işlərinin aparılması planlaşdırılsa da, 1850 hektar ərazidə yaşıllaşdırma işləri  aparılıb: “Son 1 il ərzində 1382 hektar ərazidə zeytunluq salınıb, onun 210 hektarı yalnız Xıdırlı kəndi ərazisindədir. Yalnız bu kənd 4-5 ildən sonra təxminən 3 min ton zeytun verəcək, bu da 650-700 ton yağ deməkdir. Bu isə 4-4,5 milyon manat vəsaitə bərabərdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 824

Oxşar yazılar