Nazir: “Son 10 ildə səhiyyə xərcləri 11 dəfə artıb”
18 iyun 2013 19:18 (UTC +04:00)

Nazir: “Son 10 ildə səhiyyə xərcləri 11 dəfə artıb”

“Son 10 ildə ölkə büdcəsində səhiyyə xərcləri 11 dəfədən çox artıb, Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunan 500-dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilib”. Lent.az-ın məlumatına görə, bunu səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə keçirilən kollegiya iclasında səhiyyə naziri oqtay Şirəliyev deyib. Nazir bildirib ki, maddi-texniki bazası gücləndirilən tibb müəssisələri bir sıra hallarda dünyanın qabaqcıl səhiyyə ocaqlarından geri qalmır, hətta bəzən onları üstələyir.

 

Nazir səhiyyənin ən aktual problemləri üzrə qəbul edilən dövlət proqramlarının icrasının əhalinin sağlamlığının mühafizəsi ilə əlaqədar çox mühüm vəzifələri uğurla yerinə yetirdiyini deyib: “Bu gün həmin proqramların icrası nəticəsində ölkədə 27 Hemodializ mərkəzi, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan  “Talassemiya” mərkəzi, Milli Onkologiya Mərkəzinin Uşaq klinikası, Respublika Uroloji Klinik Xəstəxanası, Avropa standartlarına uyğun ən son texnologiyalarla təchiz olunan Diaqnostika mərkəzləri əhaliyə xidmət edir. Bu gün ölkəmizdə ən ağır orqan transplantasiyası əməliyyatları uğurla icra olunur”.

 

 O. Şirəliyev deyib ki, Azərbaycanda yüksək ixtisaslı kadr hazırlığına çox böyük önəm verilir. Tibb təhsilində rezidenturanın tətbiqi, tibb işçilərinin sertifikasiyası və mərkəzləşmiş imtahanla işə qəbulu da məhz buna xidmət edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar

Sabah çimərliklərdə hava  necə olacaq? - PROQNOZ

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ

7 iyul 2025 , 15:54
Bakıda kuryerlər "Wolt"u boykot edir

Bakıda kuryerlər "Wolt"u boykot edir

7 iyul 2025 , 15:13
Bunlara diqqət etməyənlərin diplomu tanınmayacaq - EKSPERTDƏN AÇIQLAMA

Bunlara diqqət etməyənlərin diplomu tanınmayacaq - EKSPERTDƏN AÇIQLAMA

7 iyul 2025 , 15:10
Bakıya  yağış,   rayonlara  leysan yağacaq  - Sabahın havası

Bakıya yağış, rayonlara leysan yağacaq - Sabahın havası

7 iyul 2025 , 12:55
Bu həftə gözlənilən maqnit qasırğalarının  PROQNOZU

Bu həftə gözlənilən maqnit qasırğalarının PROQNOZU

7 iyul 2025 , 12:26
Magistraturaya ixtisas seçimi başladı

Magistraturaya ixtisas seçimi başladı

7 iyul 2025 , 11:38
İyul ayında hər şeydə şanslı olacaq  BÜRC

İyul ayında hər şeydə şanslı olacaq BÜRC

7 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

7 iyul 2025 , 08:29