Nazir: “Humanitar sahədə təhsil alıb iş axtaran gənclər…”
20 aprel 2013 10:34 (UTC +04:00)

Nazir: “Humanitar sahədə təhsil alıb iş axtaran gənclər…”

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Saatlı şəhərində vətəndaşları qəbul edib. Bu barədə Lent.az-a Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ə. Qarayevin qəbulunda Saatlı, Sabirabad, Şirvan, Hacıqabul, İmişli, Beyləqan, Ağcabədi, Laçın və Füzuli rayonlarından olan vətəndaşlar iştirak edib.

 

Musiqi məktəblərinin tikintisi, mədəniyyət evlərinin maddi-texniki bazasının gücləndirilməsi, təmiri, mədəniyyət kollektivlərinin geyim və musiqi alətləri ilə təmin olunması, gənc kadrların işlə təminatı, sosial müavinətlərin, güzəştli ipoteka kreditlərinin verilməsində kömək göstərilməsi və sair məsələlərlə bağlı olub.
Nazir Ə. Qarayev hər il ölkənin müxtəlif regionlarında mədəniyyət ocaqlarının, o cümlədən musiqi məktəblərinin tikintisi və əsaslı yenidən qurulması ilə bağlı işlərin görüldüyünü xatırladaraq, qəbul olunacaq yeni investisiya layihələrində bu məsələnin nəzərdə saxlanılacağını bildirib. Nazir ötən il bir sıra mədəniyyət kollektivlərinə geyimlərin verildiyini, bununla bağlı qaldırılan problemlərin də qısa zamanda həll olunacağını vurğulayıb.
 

Görüşdə vətəndaşlar tərəfindən bir sıra təkliflər də səsləndirilib. Klub və mədəniyyət evlərinin bazası əsasında mədəniyyət mərkəzlərinin yaradılmasının yerlərdə təqdirlə qarşılandığı qeyd edilərək, bununla yanaşı, mədəniyyət müəssisələrinin bir çoxunda ali təhsilli işçilərin sayının az olması nəzərə çatdırılıb. Yerlərdə mədəniyyət müəssisələrinə kadrlar tələbatını qismən həll etmək üçün humanitar sahədə təhsil alıb iş axtaran gənclərin qısamüddətli xüsusi kurslar vasitəsilə mədəniyyət ixtisaslı profillərə uyğunlaşdırılması, onların müvafiq işlə təmin olunması, habelə yerlərdəki mədəniyyət ocaqlarında ödənişli dərnəklərin yaradılması təklif edilib. 
 

Təklifləri müsbət dəyərləndirən Ə. Qarayev həyata keçirilən pilot layihələrdə bu məsələlərin nəzərə alınmasının vacibliyini bildirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1517

Oxşar yazılar