Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması barədə sərəncam imzalayıb.
APA-nın məlumatına görə, sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi, icra hakimiyyəti orqanlarının nəzdində mərkəzləşdirilmiş mühasibatlıq, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi, rayon (şəhər) dövlət arxivlərində, Naxçıvan Dövlət Film Fondu, Naxçıvan Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində çalışan işçilərin əmək haqları martın 1-dən orta hesabla 10 faiz artırılıb.Sərəncamın icrası Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə tapşırılıb.