“Nardaran camaatı ilə söhbətlər aparılacaq, onların multikultural əhvalı, dinə, dövlətə münasibəti istiqamətində bir çox iş görüləcək”.
APA-nın məlumatına görə, bunu millətlərarası, multukulturalizm və dini tolerantlıq üzrə dövlət müşaviri Kamal Abdullayev deyib. Onun sözlərinə görə, Nardaran sakinləri buna mənən hazırdır: “Nardaranda və Bakının başqa kəndlərində çox dəyərli ziyalılarımız olub və var. Bizim əsas dayaq nöqtələrimiz o insanlar olacaq”.
K. Abdullayev əlavə edib ki, Nardaranda “Bilik evi”nin yaradılması planlaşdırılır.