Müəllim və həkimlərə şad xəbər
20 iyun 2013 12:12 (UTC +04:00)

Müəllim və həkimlərə şad xəbər

Azərbaycanda müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı konsepsiya hazırlanır. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib. O bildirib ki, bu konsepsiya bütün müvafiq orqanların rəyi alındıqdan sonra yekunlaşacaq. B. Xəlilovun sözlərinə görə, komissiyada konsepsiyaya baxılıb və müvafiq təkliflər verilib.

 

B. Xəlilov dövlət qulluğu sahəsində etik davranış qaydalarının pozulması ilə bağlı məsələyə də münasibət bildirib. O qeyd edib ki, hər ilin sonunda bütün dövlət orqanları etik davranışla bağlı vəziyyətin əks olunduğu məlumatları ümumiləşdirərək komissiyaya təqdim edir: “Komissiya da bunu cəmiyyətə elan edir. Hər bir dövlət orqanında etik müvəkkillər var. İstənilən vətəndaş hər hansı bir problemlə rastlaşıbsa, etik müvəkkillərə və ya komissiyaya müraciət edə bilərlər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3089
avatar

Oxşar yazılar