Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibəsi başa çatdı
Respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibəsi yekunlaşıb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən bildirilib.
Məlumata görə, aprelin 22-24-də keçirilən müsahibələrə 1170 müəllim qatılıb. Müsahibənin nəticələri ilə bağlı tezliklə hər bir namizədin şəxsi səhifəsinə məlumat göndəriləcək.
Qeyd edək ki, müsahibələrdə 2017-2018 və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edib.
631