Müdafiə Nazirliyinin Baş İdarələrindən birinin yeni binası açılıb - <span style="color:red;">FOTOLAR
01 iyul 2017 13:29 (UTC +04:00)

Müdafiə Nazirliyinin Baş İdarələrindən birinin yeni binası açılıb - FOTOLAR

0

 

Müdafiə Nazirliyinin Baş İdarələrindən birinin inzibati binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

 

Lent.az-ın MN-nin saytına istinadən verdiyi məlumata görə, tədbirdə iştirak edən Müdafiə Nazirliyinin rəhbərliyinə məlumat verilib ki, yüksək texnologiyalı bütün kommunikasiya xətləri, yeni mebel və digər zəruri avadanlıqlarla təchiz edilmiş üç mərtəbəli bina inzibati, xidməti iş otaqlarından və konfrans zalından ibarətdir.
Mərasimdə Baş İdarənin fəaliyyəti və xidmətin təşkili ilə bağlı ətraflı brifinq təqdim olunub.

 

Tədbir iştirakçıları yaradılan şəraitdən məmnun qaldıqlarını, göstərilən diqqət və qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 534

Oxşar yazılar