APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, miqrantlar bazar ərazisində quraşdırılmış 34 konteynerdə yaşayırmış.
Polisin məlumatına görə, reyd “Qeyr-leqal miqrant” əməliyyatı çərçivəsində Rusiya DİN-in Moskva vilayəti üzrə Baş İdarəsinin İqtisadi Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən "OMON"-un dəstəyi ilə keçirilib.
Məlumatda bildirilib ki, polis şöbələrinə 257 Azərbaycan, Özbəkistan və Tacikistandan vətəndaşları aparılıb. Hazırda qeyri-leqal miqrasiyanın təşkili faktı üzrə cinayət işinin qaldırılması məsələsinə baxılır.