Tanınmış jurnalist Mirşahin Ağayev xəstəxanadan evə buraxılıb. Lent.az xəbər verir ki, Mərkəzi Klinik Xəstəxanasından qafqazinfo-ya bildirilib ki, Mirşahin Ağayev artıq özünü yaxşı hiss edir və həkimlərin məsləhəti ilə bu gün səhər xəstəxananı tərk edib.
Xatırladaq ki, yanvarın 22-də Milli Teleradio Şurası ANS telekanalında yayımlanan, müəllifinin və aparıcısının məşhur telejurnalist Mirşahin Ağayev olduğu “Hesabat” verilişinin bir ay müddətinə dayandırılması barədə qərar qəbul etmişdi.
Dünən MTRŞ keçirdiyi mətbuat konfransında bu qərarın ləğv edildiyini açıqlayıb.
xxx
11:24
ANS şirkətlər qrupunun vitse-prezidenti, əməkdar jurnalist Mirşahin Ağayev yanvarın 23-də ürək tutması ilə 1№-li Klinik xəstəxanaya çatdırılmışdı. Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, axşam məşhur jurnalistin halı pisləşib və o, reanimasiya şöbəsinə keçirilib.
Xatırladaq ki, yanvarın 22-də Milli Teleradio Şurası ANS telekanalında yayımlanan, müəllifinin və aparıcısının məşhur telejurnalist Mirşahin Ağayev olduğu “Hesabat” verilişinin bir ay müddətinə dayandırılması barədə qərar qəbul etmişdi.
Elə həmin gün Mirşahin Ağayev mətbuat konfransı keçirmiş və MTRŞ-nın qərarını qeyri-qanuni adlandıraraq, söz azadlığına və demokratiyaya zərbə kimi qiymətləndirmişdi.
Dünən MTRŞ keçirdiyi mətbuat konfransında bu qərarın ləğb edildiyini açıqlayıb.