Milli təhlükəsizlik orqanlarının veteranları və kursantlar məktəblilərlə görüşüblər
13 mart 2013 15:12 (UTC +04:00)

Milli təhlükəsizlik orqanlarının veteranları və kursantlar məktəblilərlə görüşüblər

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının kursantları, veteranları Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasının 94-cü ildönümü ərəfəsində Xəzər rayonundakı A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika internat tipli gimnaziyada görüş keçiriblər. Lent.az xəbər verir ki, tədbirdə Xəzər rayon idarəsinin əməkdaşları, gimnaziyanın pedaqoji və şagird kollektivi, eləcə də Mərdəkan qəsəbəsində yerləşən bir neçə məktəbin təhsildə müvəffəqiyyətlər əldə etmiş şagirdləri iştirak ediblər.

 

Görüş iştirakçıları əvvəlcə gimnaziyanın foyesində Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar.

 

Gimnaziyanın direktoru Murad Əlizadə müəllimlər və şagirdlər adından Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətini qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Xəzər rayonu İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov yeniyetmə və gənclərlə bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

 

 

Milli Təhlükəsizlik Nazirliyinin Xəzər rayon idarəsinin rəisi Rafiq Səfərov tədbir üçün yaradılan şəraitə görə gimnaziyanın kollektivinə təşəkkür edib.

Sonra məktəblilərin ifasında Azərbaycana, Vətənə, igidliyə həsr olunmuş səhnəciklər nümayiş olunmuş, şeirlər və musiqi kompozisiyaları səsləndirilib.

Tədbirin sonunda Azərbaycanın Milli Qəhrəmanlarının şərəfli həyat və döyüş yolunu əks etdirən sənədli film nümayiş olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 979
avatar

Oxşar yazılar