Milli Parkda Novruz şənliyi keçiriləcək
03 mart 2016 15:53 (UTC +04:00)

Milli Parkda Novruz şənliyi keçiriləcək

Novruz bayramı ilə əlaqədar martın 19-da Dənizkənarı Milli Parkda bayram şənliyi keçiriləcək. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun APA-ya verdiyi xəbərə görə, bayram şənlikləri həmin gün saat 10.00-dan gecə yarısınadək davam edəcək.

 

Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq bayram tədbirində Azərbaycan mətbəxi təqdim olunacaq, Novruzun bütün siması nümayiş ediləcək, bölgələrdən gələn musiqi və folklor kollektivləri çıxış edəcək. Bayram günlərində bulvara gələn insanlarının sayının artdığını deyən rəis müavini qeyd edib ki, həmin zamanda idarə gücləndirilmiş iş rejimində çalışacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447

Oxşar yazılar