Millət vəkili qızlardan danışdı
24 avqust 2013 17:25 (UTC +04:00)

Millət vəkili qızlardan danışdı

"Yüksək balla ali məktəblərə daxil olmuş qızların sayına görə  kənd rayonları arasında birincidir”. Lent. az-ın məlumatına görə, bu sözləri  millət vəkili Qənirə Paşayeva 500-dən çox bal toplayan qızlarla görüşdə deyib.

O, ölkə üzrə 700 bal toplayan 6 nəfərdən birinin Tovuzdan- Nərminə Murğuzova olmasından qürur duyduğunu bildirib. Millət vəkili 690 bal topladığına görə Yuxarı Öysüzlü kənd sakini Klara Axundovanı da təbrik edib.

Q. Paşayeva öz çıxışında ali məktəblərə daxil olan qızların sayının oğlanlardan çox olmasından danışıb: “Məncə Tovuz bu istiqamətdə bir sıra rayonlara gözəl bir örnək ola bilər. Unutmamalıyıq ki, savadlı cəmiyyət savadlı qadınlardan keçir. Biz hamımız qızlarımızın erkən nikahlara deyil, ali təhsilə, peşə təhsilinə yönəlməsinə çalışmalıyıq. Müəllimlərimizlə birgə hamımız bu məsələdə maarifləndirmə işlərini kəndlərdə daha da genişləndirməliyik.”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1479
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar