Millət vəkili bank sektorunda çalışan fəal qadınlarla görüşüb
14 iyun 2018 12:00 (UTC +04:00)

Millət vəkili bank sektorunda çalışan fəal qadınlarla görüşüb

Bankir Qadınlar Klubunda  ("Women Bankers Club") Bankir qadınların növbəti görüşü keçirilib.

 

Lent.az xəbər verir ki, bu dəfəki görüşün qonağı olan millət vəkili Qənirə Paşayeva  vətənpərvərlikdən, fəal qadının vətəni üçün hansı xidmətləri edə biləcəyindən və ümumilikdə qadının dövlətçilikdəki rolundan danışıb. O, qadınların cəmiyyətdə toxunmalı olduğu aktual mövzulardan, dəstəyə ehtiyacı olan sahələrdən danışdı:

 

"Bankir Qadınlar Klubu da öz növbəsində də anlamalıdır ki, dövlətlə yanaşı vətəndaş cəmiyyətində ayrı - ayrı aktiv, mütərəqqi qruplar bu sahələrin inkişafında öz töhfələrini verməli, vətənpərvərlik borclarını yerinə yetirməlidirlər". Şəxsi inkşafdan da danışan millət vəkili insanın daima öz üzərində işləməsi, işlədiyi sahədən asılı olmayaraq oraya özünün bütün potensialını həsr etməsinin vacibliyindən danışdı. Millət vəkili bildirib ki, hansı ölkələrdə qadınların dövlətin və cəmiyyətin idarə olunmasından başlayaraq həyatın bütün sahələrində kişilərlə bərabərliyinin təmin olunması istiqamətində ciddi işlər görülürsə, orada daha çox uğurlar var. Qadınlara qarşı ayrı-seçkiliyin olduğu, qadınlara qarşı zorakılığın geniş yayıldığı, gender bərabərliyinin təmin olunması istiqamətində fəal iş aparılmayan ölkə və cəmiyyətlər uğursuzluğa düçardır. Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində uğurların əldə edilməsində dövlət siyasətinin önəmli yer tutmasının vacibliyini vurğulayan Q.Paşayeva Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, əldə edilən uğurlar və həllini gözləyən problemlər barədə ətraflı məlumatlar verib. O deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizənin aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır.  Qadınlara qarşı zorakılığın ən böyük insan haqları pozuntularından olduğunu deyən millət vəkili Qənirə Paşayeva “biz qadınların məişət zorakılığı da daxil olmaqla məruz qaldığı bütün növ zorakılıqlara qarşı mübarizəmizi daha da artırmalıyıq, hər gün ailəmizdən, ətrafımızdan başlayaraq bu cür mənfi hallara qarşı hər birimiz mübarizə aparmalıyıq”-, dedi. “Gender bərabərliyi məsələsinə diqqətimizi daha da artırmalıyıq. Ailələrdən, məktəblərdən uşaqları bu istiqamətdə maarifləndirməyə, öyrətməyə, tərbiyə etməyə başlamalıyıq. Dövlət qurumları, qeyri-hökumət təşkilatları, mətbuat və media bu sahəyə daha çox həssaslıqla yanaşmalı, daha ciddi mövqe tutmalı və böyük maarifləndirmə işlərinin aparılmasına geniş dəstək verməlidir. Bir sözlə, biz hamımız, hər birimiz öz gündəlik həyatımızda bu məsələyə ciddi önəm verməliyik,” – deyə millət vəkili deyib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 375
avatar

Oxşar yazılar