Təhsil naziri Mikayıl Cabbarov vətəndaşlarla növbəti görüşünü iyunun 22-də keçirəcək. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, M. Cabbarov iyunun 22-si saat 10.30-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.