Mikayıl Cabbarov "Bakı-2015"də uğur qazanmış idmançılarla görüşüb
10 iyul 2015 14:42 (UTC +04:00)

Mikayıl Cabbarov "Bakı-2015"də uğur qazanmış idmançılarla görüşüb

 

Təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin nəzdindəki idman məktəblərinin I Avropa Oyunlarında uğur qazanmış idmançıları ilə görüşüb.

 

Lent.az-ın məlumatına görə, təhsil nazir ilk dəfə keçirilən I Avropa Oyunlarının əlamətdar hadisə olduğunu bildirib.

 

Nazir əlavə edib ki, I Avropa Oyunlarında Azərbaycanı təmsil edən idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri olub: “Həmin məktəblərdə çalışan məşqçi-müəllimlər də yarışlarda iştirak edib. Onlar atletika, akrobatika gimnastikası, badminton, qılıncoynatma, sambo, sərbəst güləş və stolüstü tennis növlərində mübarizə aparıblar. Həmin məktəblərin yetirmələri Amil Qasımov sambo üzrə 2-ci, Hacı Əliyev sərbəst güləş üzrə 3-cü və Eldar Səfərov idman gimnastikası üzrə 3-cü yerə layiq görülüblər”.

 

Təhsil naziri qeyd edib ki, I Avropa Oyunlarının təşkilində 17 ali məktəb və 15 kollecdən 14 minə yaxın tələbə könüllü kimi iştirak edib: “Könüllülərin işində SABAH qruplarının tələbələri də uğurlu fəaliyyət göstərib”.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında müəllimlərin I Avropa Oyunlarında özlərini nümunəvi apardıqlarını bildirib.

 

Daha sonra I Avropa Oyunlarında sambo üzrə gümüş medal qazanan Amil Qasımov, sərbəst güləş üzrə bürünc medal qazanan Hacı Əliyev və idman gimnastikası üzrə bürünc medal qazanan Eldar Səfərova qiymətli hədiyyələr təqdim olunub.

 

M. Cabbarov Təhsil Nazirliyinin, ali təhsil müəssisələrinin, kolleclərin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin I Avropa Oyunlarında fəal iştirak etmiş bir  qrup əməkdaşını Fəxri fərmanla təltif edib.

 

Həmçinin, Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələri və kolleclərə ünvanlanmış təşəkkür məktubları həmin tədris ocaqlarının nümayəndələrinə təqdim olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 357

Oxşar yazılar

Bakının bu rayonu sabahdan susuz qalacaq

Bakının bu rayonu sabahdan susuz qalacaq

15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara  yağış yağır   - Faktiki HAVA

Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA

15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək

Bu rayonda 21 kəndin qazı kəsiləcək

15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara  sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ

Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ

15 iyul 2025 , 15:20
Bu yerlərə  leysan yağacaq

Bu yerlərə leysan yağacaq

15 iyul 2025 , 14:56
Sabah  nəfəs kəsən isti   olacaq - Hava PROQNOZU

Sabah nəfəs kəsən isti olacaq - Hava PROQNOZU

15 iyul 2025 , 13:29
Yuxuda niyə kabus görürük?  - Alimlər AÇIQLADI

Yuxuda niyə kabus görürük? - Alimlər AÇIQLADI

15 iyul 2025 , 10:58
Bu gün Bakının bəzi yerlərində qaz olmayacaq

Bu gün Bakının bəzi yerlərində qaz olmayacaq

15 iyul 2025 , 09:31