Mikayıl Cabbarov: “Təhsil islahatları bütün cəmiyyətin birgə çalışmasını tələb edir”
20 iyun 2013 13:21 (UTC +04:00)

Mikayıl Cabbarov: “Təhsil islahatları bütün cəmiyyətin birgə çalışmasını tələb edir”

“Hazırda ölkədə təhsil sahəsində həyata keçirilən islahatlar dövlət orqanlarının, pedaqoji və elmi ictimaiyyətin və ümumiyyətlə, cəmiyyətin birgə çalışmasını tələb edir”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov ABŞ təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Təhsildə İnnovasiyalar Mərkəzi və Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzi tərəfindən “Azərbaycan təhsil sistemində islahatlar: problemlər və siyasət həlləri” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib. M. Cabbarov bu baxımdan xaricdə, dünyanın ən yaxşı ali təhsil müəssisələrində təhsil alaraq, Vətənə qayıtmış məzunların bilik və bacarığından istifadənin əhəmiyyətini qeyd edib.

 

Təhsilin inkişafına ayrılan vəsaitləri ölkə və cəmiyyətin xoşbəxt gələcəyinə qoyulan ən yaxşı sərmayə kimi dəyərləndirən nazir, Azərbaycanın hazırda böyük sürətlə inkişaf etdiyini və bu inkişafın dəstəklənməsində, onun dönməzliyinin təmin edilməsində təhsilin rolunun əvəzedilməz olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1336

Oxşar yazılar