UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində məzunlarla görüş keçirilib.
Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Anar Rzayev məzunlara UNEC-dəki son yeniliklərdən söz açıb. O Elektron Universitet Modeli, Differensial Əməkhaqqı Sistemi, ikili diplom proqramları, yeni sillabuslar barədə ətraflı məlumat verib.
Sonra məzunlar və tələbələr arasında görüş keçirilib. Görüşdə məzunlar tələbələrə karyera seçimi, bu yolda qarşılaşacaqları çətinliklər və əmək bazarının mövcud durumundan bəhs ediblər. Eyni zamanda, magistratura proqramının seçimi haqqında tövsiyələrini veriblər. Məzunlar öz magistr təhsillərindən söz açaraq, məzun olduqları universitet barədə tələbələrə məlumat veriblər.
Məzunlar universitetdə vahid məzunlar şəbəkəsinin yaradılmasını təklif ediblər.
Qeyd edək ki, görüşdə iştirak edən məzunlar arasında Cambridge, LSE, Edinburgh kimi dünyanın nüfuzlu universitetlərində magistr təhsili alan, BMT, Engin, Xəzər Gəmiçilyi kimi qurumlarda çalışanlar var.