Məzarlıqda yaşayan ailənin evinin tikintisi başlandı
09 iyul 2015 18:28 (UTC +04:00)

Məzarlıqda yaşayan ailənin evinin tikintisi başlandı

Xəbər verdiyimiz kimi Lent.az-da yayımlanan “Məzarlığa gəlin köçü, ölümə doğulan körpələr – BEŞİKDƏN QƏBİRƏCƏN HƏYAT DRAMI” yazısından sonra bu ailəyə yardımlar başlayıb. 

 

Bu gün isə ailənin Hökməli qəsəbəsindəki yarımçıq qalmış evinin tikintisinə başlanıb.

 

Bu işdə Lent.az-a “Uşaqların xoşbəxt gələcəyi” təşkilatı dəstək verdi. Təşkilatın sədri Nərgiz Kərimova evin tikilib hazır olmasında təşkilatı işləri öz öhdəsinə götürdü.

 

N. Kərimovanın sözlərinə görə, hazırda 9 min manat pul toplanıb: “Lent.az saytından bu ailə haqqında oxuyan kimi dərhal müəllif Ləman Mustafaqızı ilə əlaqə saxladım. Saytın əməkdaşı ilə ailəyə baş çəkdik. Ailənin yaşadığı vəziyyəti görəndə məni dəhşət bürüdü. Ona görə də sosial şəbəkədə bu ailə ilə əlaqədar insanlara müraciət etdim. Az bir vaxtda insanların həmin məkana axını başladı. İnsanlar əllərindən gələn köməyi əsirgəmədilər. İmkansızlara ərzaqla və geyimlə yardım etməyin tərəfdarı olmuşam. Lakin problemin kökündən həlli mənim üçün hər zaman önəmli olub. Bu insanların da əsas problemi evsizlikdir. Bizim bu sahədə artıq təcrübəmiz var. 2 il öncə Lent.az-da Siyəzəndə yaşayan imkansız bir ailə haqqında yazı çıxmışdı. O zaman da dostlar və yardımsevər insanlarla yığışıb o ailə üçün ev tikdik”.

 

Nərgiz xanım dünən ustalarla Hökməlidə yerləşən torpaq sahəsində olub: “Evin smetası çıxarıldı və tikinti üçün lazım olan məbləğ hesablandı. Evin tam hazır olması üçün lazımı məbləğ 17.300 manatdır. İstifadə olunacaq tikinti materialları siyahıya alındı və insanlara çağırış olundu. Tikintiyə artıq start verilib, artıq evin bütün pəncərələri sifariş olunub. İnşallah, avqustun sonu evin tikintisi başa çatacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 234
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar