Meşələrə qənim kəsilənlər yaxalandı
30 iyun 2018 16:09 (UTC +04:00)

Meşələrə qənim kəsilənlər yaxalandı

Meşələrdə ağacların qanunsuz kəsilməsi və daşınması hallarının qarşısının tam alınması məqsədilə Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən reyd keçirilib. Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, reyd zamanı Qəbələ rayonunun Bum meşəbəyliyinin 6 saylı dolayında gecə saat 3-4 radələrində iki “URAL” markalı dövlət nömrə nişanı olmayan avtomobil saxlanılıb. Avtomobillərin yük yerində qanunsuz yolla əldə edilmiş 12 m3 həcmində işlik fısdıq cinsli meşə materialı aşkar edilib və sənədləşmə işləri aparılıb. Qeyd edək ki, qanun pozucuları barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar rayon hüquq-mühafizə orqanına göndəriləcək. 

Meşələrin mühafizəsi, qanunsuz ağac kəsintisinə qarşı qəti və barışmaz mübarizə aparılması məqsədilə nazirliyin əməkdaşları tərəfindən digər rayonlarda da reydlər davam etdirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468
avatar

Oxşar yazılar