Mərhum jurnalistlə bağlı prezidentə müraciət hazırlanıb
21 iyun 2013 16:41 (UTC +04:00)

Mərhum jurnalistlə bağlı prezidentə müraciət hazırlanıb

Bir qrup deputat və media rəhbəri tərəfindən mərhum jurnalist Şahin Ağabəyli ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət hazırlanıb.

Bu barədə Lent.az saytına mərhumun qardaşı Azər Qaramanlı məlumat verib. O bildirib ki, müraciət mərhum jurnalistin ailəsinin jurnalistlər üçün tikilən binadan mənzil ayrılması ilə bağlıdır.

Azər Qaramanlı deyib ki, Şahinin vəfatından sonra qoca anası, həyat yoldaşı və övladı ağır şərtlər altında yaşayır. “Şahin 2001-ci ildən ölkə mətbuatında aktiv yer alan jurnalistlərdən olub. 2003-cü ildə “Milli Yol” qəzetini təsis edib. Məhz onun peşəkarlığı və bacarığı sayəsində “Milli Yol” qəzeti ölkə mətbuatının inkişafında böyük rol oynayıb. Müraciət müəllifləri bu gün təkcə həyatda olan və fəaliyyət göstərən media nümayəndələrinin deyil, eyni zamanda həyatını bu peşə uğrunda qurban vermiş, dünyasını dəyişmiş jurnalistlərin ailələrinin də mənzil probleminin həll olunması təklifi ilə çıxış ediblər. Müraciətdə qeyd olunub ki, tikilən mənzillərdən vəfat etmiş jurnalistlərin ailələrinə də ayrılması əsl ədalət nümunəsi ola bilər.”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654
avatar

Oxşar yazılar