Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi böyük tarixi hadisə, ölkəmizin imza atdığı beynəlxalq miqyaslı uğurlardan biridir. İdmanın inkişafına yönəlmiş dövlət siyasəti bu gün xeyirli nəticələrini göstərməkdədir. Dünya çempionatlarında, Olimpiya oyunlarında, Avropa çempionatlarında bayrağımız dalğalanır. İldən-ilə idmançılarımızın uğurları, medalların sayı artır. Bu isə ölkəmizin idman şöhrətinin yüksəlməsinə, Azərbaycanın bu gün dünyada və Avropada idman dövləti kimi tanınmasına gətirib çıxarır. Təsadüfi deyildir ki, bu nailiyyətlər Avropada baş tutacaq ilk oyunların Azərbaycanda keçirilməsi üçün məntiqi zəmin hazırladı. Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil edilməsi məqsədilə Prezidentin Sərəncamı ilə yaradılan Təşkilat Komitəsinin yorulmaz fəaliyyəti isə danılmazdır.
Bu ilin 3 aprel tarixində “Bakı-2015” Avropa oyunlarının Əlaqələndirmə Komitəsinin üçüncü toplantısında Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Azərbaycanın bu oyunlara ciddi və məsuliyyətli şəkildə yanaşdığını bir daha təsdiqlədi. O, Azərbaycaın bu oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmində olduğunun vurğulamaqla, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının bu sahədə yeni standart olacağı tezisini irəli sürdü. Toplantıda iştirak edən xüsusi qonaqlar da oyunların keçirilməsi ilə bağlı görülən işləri yüksək səviyyədə qiymətləndirərək, 2015-ci ildə Azərbaycanda möhtəşəm oyunların reallaşacağından əminliklərini ifadə etdilər. Ümumilikdə isə Su İdmanı Növləri Sarayının, Milli Gimnastika Arenasının, Bakı Atıcılıq Mərkəzinin, Bakı Olimpiya Stadionunun və digər obyektlərin inşaat işlərinin, eyni zamanda, mövcud idman obyektlərinin əsaslı yenidənqurma işlərinin bugünkü tempi və səviyyəsi deməyə imkan verir ki, hazırlıq işləri vaxtında tamamlanacaq.
Reallaşan çoxşaxəli fəaliyyətin əsas məqsədi oyunların maksimum şəkildə planlı, məntiqi təşkili, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycanın istər idman, istərsə də iqtisadi-siyasi sahədə nail olduğu böyük uğurların nümayişidir. Həyata keçirilən məqsədyönlü fəaliyyət belə deməyə əsas verir ki, Azərbaycan bu etimadı da doğruldacaq, öz adını tarixə salacaqdır. Avropa Oyunlarının mütəşəkkil qurulması , belə nüfuzlu oyunları keçirməyə qadir olduğumuzu bir daha sübut edəcək.
Nailə Məmmədova
"Azerbaijan Realities"qrupunun fəalı