Balakəndə it qoca kişini boğazından dişləyib.
Lent.az xəbər verir ki, hadisə rayonun Mahamalar kəndində qeydə alınıb.
Kənd sakini, 83 yaşlı Məhəmməd Qadalov oğlu Atayev çoban itin hücumuna məruz qalıb.
İt kişini yerə yıxıb və boğazından dişləyib.
Nəticədə kişi boğularaq ölüb.