“Plan yerləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən təsdiqlənmir. Bütün təkliflər Prezident yanında Təhsil Komissiyasında toplanır”. Lent.az-ın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə təhsil naziri Mikayıl Cabbarovun “qəbul planı ali məktəblərin muxtariyyətini məhdudlaşdırır” fikrinə münasibət bildirərkən bildirib.
M. Abbaszadə bildirib ki, həmin təkliflər ilik öncə Təhsil Nazirliyi və Nazirlər Kabinetinə təqdim olunur: “Bu təkliflərə dair müxtəlif nazirliklər öz rəyini bildirirlər. Yəni ali məktəblərin imkanları da nəzərə alınır . Vakant yerlər Prezident yanında Təhsil Komissiyası tərəfindən təsdiq edildikdən sonra icrası üçün TQDK-ya təqdim olunur”.