Məktəblərdə reydlər keçiriləcək -<span style="color:red;"> SƏNƏD
20 noyabr 2014 10:21 (UTC +04:00)

Məktəblərdə reydlər keçiriləcək - SƏNƏD

Azərbaycanda təhsil müəssisələrində xüsusi reydlərin keçiriləcək. Lent.az-ın məlumatına görə, bu, 2014-2025-ci illəri əhatə edən “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nda nəzərdə tutulub. 

 Burada məqsəd gənclər arasında alkoqolizm, narkomaniya və toksikomaniyanın profilaktikasıdır. Bundan başqa, uşaqların icbari dispanserizasiyası  layihəsi çərçivəsində  yuxarı sinif şagirdləri arasında tibbi testlər aparılacaq.

Gənclərin alkoqolizm, narkomaniya və toksikomaniya ilə xəstələnmə səviyyəsi də müəyyən ediləcək.

Bütün bu məsələlərin icrası Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1760

Oxşar yazılar