Məktəbi bitirə bilməyənlər imtahan verəcək
29 mart 2016 11:02 (UTC +04:00)

Məktəbi bitirə bilməyənlər imtahan verəcək

Əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 11, 12, 13 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək.

Bakı Şəhər üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qeydiyyat 1 aprel  tarixdən 20 aprel tarixə kimi iş günləri saat 14:00-dan 17:00-dək aparılacaq, sənəd qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsində həyata keçiriləcək.

Qeydiyyat üçün tələb olunan sənədlər sırasına, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş sürəti, 2 ədəd 3x4 ölçüdə fotoşəkil, təhsil müəssisəsindən neçənci sinfi bitirdiyinə dair arayış, ümumi orta təhsil haqqında sənədin (şəhadətnamə) notarial qaydada təsdiq olunmuş surəti (tam orta təhsil sənədi –attestat almaq istəyənlər üçün), 18 yaşına çatmış hərbi mükəlləfiyyətli şəxslər üçün hərbi bilet və notarial qaydada təsdiq edilmiş surəti və ya hərbi qulluqdan kənarda qalmağa əsas verən sənəd və notarial qaydada təsdiq edilmiş surəti, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin adına ərizə daxildir.

Bildirək ki, eksternat imtahanları Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə baş tutacaqdır.

Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər  4, 5, 6 may tarixlərində saat 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər.

Qeyd edək ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 354
avatar

Fərizə Əhmədova

Oxşar yazılar