Ana və bacısının intiharından sonra evə qayıdan qızın taleyi necə olacaq?
19 avqust 2014 19:32 (UTC +04:00)

Ana və bacısının intiharından sonra evə qayıdan qızın taleyi necə olacaq?

Bir neçə gün əvvəl Bakıda ana qızı ilə birgə intihar etmişdi. Səbəb kimi isə ailənin 14 yaşlı qızı Aytən Fərzəliyevanın itkin düşməsi göstərildi. Yeni Yasamal 2, ev 10 ünvanında yaşayan itkin düşmüş qızın bacısı Aytac Fırzəliyeva yaşadığı binanın doqquzuncu mərtəbəsindən özünü ataraq intihar edib. Aytacın özün atdığını görən ana isə qızının ardınca özünü atıb. İlkin istintaqın nəticələrini bunu göstərir. Hadisədən bir həftə keçmiş evdən qaçmış qız tapılır. Və Yasamal Rayon Polis İdarəsindən APA-a veriən məlumatda görünür ki, Aytən Fərzəliyeva bir neçə gün əvvəl tapılaraq ailəsinə təhvil verilib. Onun harada olması və hadisənin detalları isə istintaqın maraqlarına görə, hələlik açıqlanmır. Bəs görəsən, yeniyetmə qızın tapılıb birbaşa ailəyə verilməsi nə qədər düzgündür?

 

“Məişət zorakılığı haqqında qanun qəbul ediləndən sonra bu prosedurlar ciddi şəkildə dəyişilməli idi. İtkin düşmüş şəxs tapıldıqdan sonra ona icra hakimiyyəti tərəfindən kənardan qəyyum müəyyən edilməli, müvəqqəti hansısa sığınacağa yerləşdirilməli idi. Mütəxəssislər səbəbi araşdırmalıydı. Bütün təhlükələr nəzərə alındıqdan sonra, əgər təhlükə yoxdursa, uşaq ailəsinə təhvil verilməliydi”. Bunu Lent.az-a baş vermiş hadisəylə bağlı münasibət bildirən “Təmiz Dünya” İctimai Birliyinin direktoru Mehiban Zeynalova deyir.

 

 

M. Zeynalovanın sözlərinə görə, qaydalar dəyişilməlidir: “Köhnə qaydalarla bu məsələləri idarə etmək olmaz. İtən şəxs 18 yaşına çatmadığından, qəyyumları valideyni olduğu üçün prosedura uyğun olaraq polis uşağı ailəyə təhvil verməlidir. Lakin yanaşmalar dəyişməlidir. Keçən il eyni belə bir təcrübə yaşadıq. Qız evdən qaçmışdı. Hüquq mühafizə orqanları itkin düşmüş uşağı tapıb ailəsinə təhvil vermişdi. Nəticədə isə həmin ailədə faciə baş vermişdi. Qız qardaşı tərəfindən öldürülmüşdü. Mənə elə gəlir ki, bu cür hadisələrin təkrarlanmaması üçün müəyyən praktikada yanaşmanı dəyişmək lazımdır”.

 

 

Məsələ ilə bağlı Yasamal rayon Prokurorluğu ilə əlaqə saxladıq. Prokurorluqdan istintaq getdiyi üçün heç bir məlumat verilə bilməyəcəklərini dedilər. Uşağın ailəyə təhvil verilməsinə gəlincə, prokurorluğun əməkdaşı bildirib ki, azyaşlı olduğu üçün onun hazırda harada olduğu haqqında məlumat verilə bilməz.

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4247
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar