Mədəniyyət və Turizm Nazirliyi vətəndaşlara müraciət etdi
28 aprel 2014 12:38 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyi vətəndaşlara müraciət etdi

 

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi vətəndaşlara müraciət edib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, müraciətdə deyilir ki, yay mövsümünün yaxınlaşması ilə əlaqədar Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır: “Mədəniyyət və Turizm Nazirliyi əhalinin nəzərinə çatdırır ki, turizm şirkətləri vasitəsilə səyahətlərini təşkil edərkən həmin şirkətə nazirlik tərəfindən turizm fəaliyyəti üçün verilmiş və qüvvədə olan lisenziyanın olub-olmamasını, turist vauçerini və "Turizm haqqında" qanunun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər”.

 

Nazirlikdən o da bildirilib ki, vətəndaşlar turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlə üzləşdiyi halda Mədəniyyət və Turizm Nazirliyinin 147 qaynar xəttinə və ya [email protected] elektron ünvanına rəsmi müraciət edə bilərlər.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 706
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar