Məcburi köçkünlərlə bağlı layihənin icrasına başlanıldı
04 noyabr 2013 16:19 (UTC +04:00)

Məcburi köçkünlərlə bağlı layihənin icrasına başlanıldı

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) məcburi köçkünlərin sıx məskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə və Beyləqanı rayonlarında  yeni layihənin icrasına başlayıb. BAMF-ın İnformasiya Departamentindən Lent. az-a verilən məlumata görə, bu barədə sözügedən fondun sədri U. Rəhimoğlu məlumat verib

 

Sədr vurğulayıb ki, layihə çərçivəsində qeyd edilən rayonların hər birindən bir QHT ilə işləyəcək: “Məcburi köçkünlərə hüquqi  yardımın edilməsi məqsədi ilə konsultasiya mərkəzlərinin yaradılması, QHT-lərin maddi-texniki bazasının gücləndirilməsi, icmanın səfərbər olması üçün sessiyaların keçirilməsi, məcburi köçkünlərə yardım məqsədi ilə koordinasiya-kommunikasiya mexanizmlərinin inkişaf etdirilməsi, məcburi köçkünlərin peşə vərdişlərinin artırılması, kiçik biznesin yaradılması və inkişaf etdirilməsi istiqamətində təlimlərin keçirilməsi, məcburi köçkünlərlə yerli icma sakinləri arasında reinteqrativ işlərin aparılması, problemlərin aradan qaldırılması üçün yerli hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə ümumşəhər görüşləri təşkil olunacaq. Daha sonra peşə təlimlərini başa vurmuş məcburi köçkünlərə kiçik sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədi ilə güzəştli mikrokreditlər təklif ediləcək. Bu məqsədlə “Avrasiya-Kredit” bank olmayan kredit təşkilatı tərəfindən qiymətləndirmə aparılacaq. Bir il davam edəcək layihə çərçivəsində ailə başçısını itirmiş, aztəminatlı məcburi köçkün ailələrin kiçik və orta biznes sahələri yaradılacaq”.

 

 

Qeyd edək ki, layihə Amerika Dövlət Departamentinin Məcburi köçkünlər və Miqrasiya bürosunun maliyyə dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1143
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar