Mayın 1-dən mobil telefonların oğurluq olub-olmaması bəlli olacaq
29 aprel 2013 11:44 (UTC +04:00)

Mayın 1-dən mobil telefonların oğurluq olub-olmaması bəlli olacaq

Mayın 1-dən mobil cihazların qeydiyyat işlərinə başlanacaq. Lent.az-ın məlumatına görə, artıq martın birindən ölkədə istifadə olunan mobil cihazların İMEİ nömrələri barədə məlumatlar mobil operatorlar tərəfindən gündəlik olaraq mərkəzi baza sisteminə təqdim olunur. Məlumatlar tam toplanıldıqdan və onlar üzərində uyğun təhlillər aparıldıqdan, şəbəkə bütünlüklə analiz edildikdən sonra sistem tam gücü ilə mayın birində fəaliyyətə başlayacaq.

Bu sistem fəaliyyətə başladıqdan sonra isə ağ, qara, boz səhifələr olacaq və telefonlar müvafiq olaraq bu siyahılarda yerləşdiriləcək. Mayın birinədək bütün telefonlar ağ siyahıya daxil ediləcək.

Oğurluq, bundan başqa qaçaq yolla gətirilən, klon telefonlar, başqa ölkələrdə oğurluq siyahısında olan telefonlar qara siyahıda olacaq. Boz siyahıda isə şəxsin gömrükdən gətirdiyi, lakin müəyyən səbəblərdən gömrükdə qalan telefonlar daxil ediləcək. 30 gün müddətində həmin telefonlar qeydiyyata alındıqdan sonra ağ siyahıya düşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1715

Oxşar yazılar