“May ayından bu günə kimi 10 nəfər günvurma ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib”. Bunu Lent.az-a açıqlamasında Stansiyanın baş həkimi Rauf Nağıyev bildirib. Onun sözlərinə görə, müraciət edənlərə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.
Son iki sutka ərzində isə günvurma ilə bağlı təcili yardıma müraciət edən olmayıb.